Ehtiram Şahverdiyev «Qəbələ»də
Xəbərlər / 7 Yanvar 2020 | 15:471292
Ehtiram Şahverdiyev «Qəbələ»də

2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” qış “transfer pəncərəsi”ndə ilk futbolçu keçidini rəsmiləşdirib. “Qırmızı-qaralar” Ehtiram Şahverdiyevi heyətinə qatıb. 23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra komandamıza qayıdıb. 2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı illər mövsümündə klubumuzun əsas komandasında 2 oyun keçirib.