Elmar Baxşıyev “Qəbələ”li oldu
Xəbərlər / 19 Yanvar 2012 | 20:00118
Elmar Baxşıyev “Qəbələ”li oldu

“Qəbələ” qış fasiləsində Yannik Kamanandan sonra ikinci transferini reallaşdırıb.  Daha öncə “Xəzər Universiteti” , “İnter” , “Xəzər-Lənkəran” və “Neftçi”də top qovan və Azərbaycan milli komandasının şərəfini qoruyan Elmar Baxşıyev karyerasını “Qəbələ”də davam etdirəcək. Yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.  

Bu gün komanda ilə Antalyada məşqə çıxan yarımmüdafiəçi “Qəbələ”yə transferi barədə fikirlərini gabalafc.az-la bölüşüb: “Qəbələ”nin təklifini düşünmədən qəbul etdim. İddialı klub olması qərarımda böyük rol oynadı. “Qəbələ” struktur  baxımından fərqlənən və parlaq  gələcək vəd edən komandadır. İlkin hədəfim komandaya altılığa düşməkdə yardımçı olmaqdır. Heyətdəki futbolçuların səviyyəsindən və komandadakı sağlam rəqabətdən xəbərdaram. Heyətə düşməkçün gücümü ortaya qoyacam. Özümə, gücümə, bacarığıma güvənirəm, güvənməsəydim “Qəbələ”yə gəlməzdim”