Əvəzedici heyət yeni baş məşqçinin rəhbərliyi altında - Fotoreportaj
Xəbərlər / 7 İyul 2012 | 14:32265
Əvəzedici heyət yeni baş məşqçinin rəhbərliyi altında - Fotoreportaj

"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası doğma məkanda yeni mövsüm hazırlıqlarını davam etdirir. Yeni baş məşqçi Luis Araqonun rəhbərliyi ilə baş tutan təlim-məşq toplanışına iyulun 1-də start verilib. Hazırlıqların birinci - Qəbələ mərhələsi iyulun 13-ə kimi davam edəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 15-29 iyul tarixlərində Bakıda baş tutacaq. Bu müddət ərzində komandamızın 5 yoldaşlıq oyunu keçirməsi planlaşdırılır.