Əvəzedicilər 1 qolla qalib gəldi
Xəbərlər / 21 Yanvar 2018 | 18:31400
Əvəzedicilər 1 qolla qalib gəldi

“Qəbələ”nin əvəzedici komandası yoxlama oyunu keçirib. 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlığı davam etdirən “qırmızı-qaralar” Bakıda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb. “İnter Arena”da baş tutan görüşün taleyini 1 qol həll edib. 83-cü dəqiqədə paytaxt təmsilçisinin qapısına yol tapan Tunar Mütəllimovun qolu Emin İmaməliyevin yetirmələrinə 1:0 hesablı qələbə qazandırıb. Bunadək “Ağsu” (1:2) və “Şüvəlan”la (0:0) yoxlama oyunlarında qüvvəsini sınayan əvəzedicilər qış fasiləsində ilk qələbəsini əldə edib.

Paytaxtdakı görüşdən sonra 1 günlük istirahətə buraxılan komandamız yanvarın 23-də Qəbələdə bir araya gələcək. “Qırmızı-qaralar” təlim-məşq toplanışı keçirmək üçün ayın 26-da Gürcüstana yollanacaq.