Əvəzedicilər 3 oyun keçirəcək
Xəbərlər / 9 İyul 2017 | 11:57242
Əvəzedicilər 3 oyun keçirəcək

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir. İyulun 5-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında çalışan komandamız iyulun 16-dək doğma arenada hazırlıq keçəcək. Ardınca Bakıya yollanacaq əvəzedicilər məşqlərini paytaxtda davam etdirəcək. İyulun 23-nə qədər sürəcək hazırlıq prosesinin ikinci hissəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. “Qəbələ” ilk matçını ayın 17-də keçirəcək. Komandamız Bakıda “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələcək. 3 gün sonra “qırmızı-qaralar” Sumqayıtda eyniadlı klubun əvəzediciləri ilə qarşılaşacaq. “Qəbələ”nin üçüncü matçı isə ayın 23-də baş tutacaq. Həmin yoxlama oyunundakı rəqibin adı hələ dəqiqləşməyib.