Əvəzedicilər 3 xalı 6 qolla qazandı
Xəbərlər / 29 Oktyabr 2017 | 17:55397
Əvəzedicilər 3 xalı 6 qolla qazandı

“Zirə” – “Qəbələ” – 1:6

(Elçin Əliyev, 86 // Roman Hüseynov, 18; Rövlan Muradov, 25, 72; Alen Askerov, 31; Səid İbadov, 43; Ravil Yusifli, 76)

Əvəzedicilərin çempionatında X turun növbəti oyunları keçirilib. Yarışın liderləri “Qəbələ” və “Zirə” Bakıda qarşılaşıblar. Bunadək keçirdiyi 9 matçdan yalnız birində xal itirən “qırmızı-qaralar” bu dəfə də aşkar üstünlüyə malik olublar. İlk yarıda komandamız 4 cavabsız qol vurub. Roman Hüseynov, Rövlan Muradov, Alen Askerov və Səid İbadov meydan sahiblərinin qapısına yol tapıb. Fasilədən sonra da üstünlüyünü davam etdirən “qırmızı-qaralar” daha iki dəfə fərqləniblər. Öncə Rövlan dublunu rəsmiləşdirib, ardınca Ravil Yusifli də qol sevinci yaşayıb. Meydan sahibləri isə yalnız görüşün sonlarında təsəlli qolu vurmağı bacarıb.

Beləliklə, ən yaxın izləyicisini 6:1 hesabı ilə yenən “Qəbələ” 10 matçda 9-cu qələbəsini qazanıb. Bu qələbələrdən 7-si böyükhesablıdır. 27 xala malik komandamız 2-ci pillədən 8 xal öndə qərarlaşıb.

 

1

Qəbələ

10

9

0

1

42-7

27

2

Zirə

10

6

1

3

16-15

19

3

Səbail

10

5

2

3

15-15

17

6

Keşlə

9

2

5

2

14-16

11

4

Neftçi

8

3

1

4

8-13

10

5

Sumqayıt

9

2

3

4

11-23

9

7

Qarabağ

10

2

1

7

9-19

7

8

Kəpəz

10

1

3

6

8-15

6