Əvəzedicilər 9 qolla qalib gəldi
Xəbərlər / 21 Avqust 2017 | 19:51198
Əvəzedicilər 9 qolla qalib gəldi

“Qəbələ” – “Sumqayıt” – 9:1
(Ülvi İsgəndərov, 4, 5, 48, 58; Tural Məmmərzəyev, 37; Rövlan Muradov, 45; Fərid Nəbiyev, 49; Nurlan Quliyev, 62, 72 // İsmayıl Babayev, 7)
Əvəzedicilərin çempionatında II tura yekun vurulub. Turun son günündə “Qəbələ” “Sumqayıt”la qarşılaşıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan Elmar Baxşıyevin yetirmələri erkən qollarla hesabda önə keçib. Ülvi İsgəndərov ilk 5 dəqiqədə 2 qol vurub. Düzdür, qonaqlar 7-ci dəqiqədə bu qollardan birinin əvəzini çıxa bilib. “Qırmızı-qaralar” fasiləyədək daha 2 qol vuraraq, fərqi 3 topa çatdırıb. Tural Məmmərzəyev və Rövlan Muradov fərqlənib – 4:1.
Fasilədən sonra da azarkeşlər 5 qol izləyib. Lakin bu dəfə bütün qolları “Qəbələ” futbolçuları vurub. Hissənin əvvəlində səhnəyə çıxan Ülvi İsgəndərov daha iki qola imza atmaqla, pokerini rəsmiləşdirib. Fərid Nəbiyevin də qol sevinci yaşadığı matçda Nurlan Quliyev dubl müəllifi olub.
Beləliklə, əvəzedicilər doğma azarkeşləri önündəki ilk qarşılaşmada böyükhesablı qələbə qazanıb – 9:1. İlk turda “İnter”i 6:2 hesabı ilə yenən komandamız 6 xalla turnir cədvəlinin lideridir.

 

1

Qəbələ

2

2

0

0

15-3

6

2

Neftçi

2

2

0

0

5-1

6

3

Zirə

2

2

0

0

5-3

6

4

Kəpəz

2

0

1

1

3-4

1

5

Qarabağ

2

0

1

1

1-2

1

6

İnter

2

0

1

1

3-7

1

7

Sumqayıt

2

0

1

1

3-11

1

8

Səbail

2

0

0

2

3-7

0