Əvəzedicilər dövrəni itkisiz başa vurdu
Xəbərlər / 30 Sentyabr 2017 | 19:19365
Əvəzedicilər dövrəni itkisiz başa vurdu

“Qəbələ” – “Kəpəz” – 2:0

(Elvin Həsənov, 35; Hacıağa Hacılı, 43)

Əvəzedicilərin çempionatında VII tura start verilib. I dövrənin son turunun ilk görüşü Qəbələdə baş tutub. “Qırmızı-qaralar” öz meydanında “Kəpəz”lə görüşüb. Mövsümün startında 6 qələbə qazanan “Qəbələ” seriyasını bu matçda da davam etdirib. Elmar Baxşıyevin yetirmələri qarşılaşmanın əvvəlində rəqibin müqavimətini qırmaqda çətinlik çəksə də, 35-ci dəqiqədə Elvin Həsənov, fasilədən əvvəl isə Hacıağa Hacılı qol sevinci yaşayıb. Komandamız üstünlüyünü artırmaq üçün çalışsa da, hesabı dəyişməyə müvəffəq olmayıb.

Beləliklə, “qırmızı-qaralar” mövsümün startında 7-ci dəfə qalib gələrək, I dövrəni xal itkisi ilə üzləşmədən başa vurub. Ümumilikdə isə qələbə seriyası 8-ə çatan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini daha da möhkəmlədib.

 

1

Qəbələ

7

7

0

0

32-4

21

2

Zirə

5

4

0

1

11-4

12

3

Sumqayıt

6

2

2

2

10-18

8

4

Neftçi

6

2

1

3

7-11

7

5

Səbail

6

2

1

3

9-13

7

6

Kəpəz

7

1

3

3

8-11

6

7

İnter

5

0

4

1

8-12

4

8

Qarabağ

6

0

1

5

2-14

1