Əvəzedicilər ev oyunundan xalsız ayrıldı
Xəbərlər / 28 Oktyabr 2016 | 18:45483
Əvəzedicilər ev oyunundan xalsız ayrıldı

“Qəbələ” - “Neftçi” – 0:1

(İbrahim Əliyev, 41)

 Əvəzedicilərin çempionatında X tura start verilib. Ötən mövsümün çempionu “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edib. Son iki qarşılaşmada qələbə qazanan “qırmızı-qaralar” uğurlu seriyasını davam etdirə bilməyiblər. Qalib gəlməklə rəqibini keçmək imkanı olan Hüseynqulu Quliyevin yetirmələri meydandan xalsız ayrılıb. Matçın taleyini 1 qol həll edib. Şahin Əliyevin 41-ci dəqiqədə vurduğu dəqiq zərbə bakılılara 3 xal qazandırıb. “Qəbələ” oyunun ikinci hissəsində matçda dönüş yaratmağa çalışsa da, buna müvəffəq olmayıb.

Beləliklə, mövsümdə 3-cü məğlubiyyətini alan əvəzedicilər 14 xalla turnir cədvəlinin 3-cü pilləsində qalıb.

 

1

Qarabağ

10

7

1

2

22-10

22

2

Neftçi

10

6

1

3

14-11

19

3

Qəbələ

9

4

2

3

15-9

14

4

İnter

9

4

2

3

8-7

14

5

Zirə

9

3

3

3

11-9

12

6

Kəpəz

9

2

4

3

8-11

10

7

Sumqayıt

8

2

1

5

8-18

7

8

AZAL

10

2

0

8

11-22

6