Əvəzedicilər Gürcüstana yollandı
Xəbərlər / 26 Yanvar 2018 | 23:36240
Əvəzedicilər Gürcüstana yollandı

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir. “Qırmızı-qaralar” təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanıb. Qış hazırlıq prosesinin Qəbələdə və Bakıdakı  bölümlərini başa vuran Emin İmaməliyevin yetirmələri yanvarın 26-dan fevralın 2-dək Tiflisdə məşq edəcək. Bu gün qonşu ölkənin paytaxtına çatan komandamız ilk məşqini də gerçəkləşdirib. Əvəzedicilər “Sabutalo” klubunun ev oyunlarını keçirdiyi “Bendela” stadionunda hazırlıq keçib. Komandamız növbəti məşqinə sabah çıxacaq. Yanvarın 28-də isə “qırmızı-qaralar” Gürcüstanda ilk yoxlama oyununu keçirəcək. Komandamız 1-ci dəstədə çıxış edən “VİT-Corciya” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.