Əvəzedicilər Gürcüstanda ilk oyununu keçirdi
Xəbərlər / 28 Yanvar 2018 | 17:551026
Əvəzedicilər Gürcüstanda ilk oyununu keçirdi

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Gürcüstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlığı Tiflisdə davam etdirən “qırmızı-qaralar” “VİT-Corciya” klubu ilə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şətaitində keçən matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. Fasilədən sonra qol imkanlarından daha yaxşı istifadə edən Gürcüstan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Yanvarın 26-dan qonşu ölkədə hazırlıq keçən əvəzedicilər növbəti yoxlama matçına ayın 28-də çıxacaq. Emin İmaməliyevin yetirmələri “Saburtalo” klubunun əvəzediciləri ilə qarşılaşacaq.