Əvəzedicilər hazırlığa start verdi
Xəbərlər / 8 Yanvar 2018 | 18:15139
Əvəzedicilər hazırlığa start verdi

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verib. Yanvarın 7-də Qəbələdə bir araya gələn “qırmızı-qaralar” ilk məşqinə bu gün çıxıblar. Komandamız çempionatın 3-cü dövrəsinə yeni baş məşqçi Emin İmaməliyevin rəhbərliyi altında hazırlaşır. 

Əvəzedicilərin qış fasiləsindəki ilk yoxlama oyununun tarixi və rəqib komanda da müəyyənləşib. “Qırmızı-qaralar” I divizion təmsilçisi “Ağsu” ilə üz-üzə gələcək. Yanvarın 14-də baş tutacaq matç Qəbələ şəhər stadionunda keçiriləcək.