Əvəzedicilər ilk oyununu keçirdi
Xəbərlər / 14 Yanvar 2018 | 20:40290
Əvəzedicilər ilk oyununu keçirdi

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün hazırlıqlarını davam etdirir. Məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirən Emin İmaməliyevin baş məşqçisi olduğu komanda ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” ilin ilk sınağında I divizionda çıxış edən “Ağsu” ilə üz-üzə gəliblər. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Əvəzedicilər bu görüşdə 1:2 hesabı ilə məğlub olublar. Komandamızın heyətində Osman Soltanov fərqlənib.

Əvəzedicilərin yoxlama oyunlarındakı növbəti rəqibləri də dəqiqləşib. Yanvarın 18-də Bakıya yollanacaq komandamız paytaxtda keçirəcəyi 4 günlük hazırlıq çərçivəsində 2 matça çıxacaq. “Qırmızı-qaralar” ayın 18-də “Şüvəlan”la, 3 gün sonra isə “Keşlə”nin əvəzedici komandası ilə görüşəcək.