Əvəzedicilər mövsümə böyükhesablı qələbə ilə start verdi
Xəbərlər / 13 Avqust 2017 | 21:45491
Əvəzedicilər mövsümə böyükhesablı qələbə ilə start verdi

“İnter” – “Qəbələ” – 2:6
(Oleq Hüseynov (p.), 24; Rafael Məhərrəmli, 80 // Roman Hüseynov, 10; Fərid Nəbiyev, 44; Ülvi İsgəndərov, 45; Sinan Akkoyun, 76 (ö.q.); Baxşəli Baxşəliyev, 90; Tural Məmmərzəyev, 90+1)

Əvəzedici komandaların Azərbaycan çempionatında 2017/18 mövsümünə start verilib. “Qəbələ” I turun ikinci oyun günündə meydana çıxıb. “Qırmızı-qaralar” səfərdə “İnter”lə qarşılaşıb. Görüşə ardıcıl hücumlarla başlayan Elmar Baxşıyevin yetirmələri 10-cu dəqiqədə hesabı açıb. Meydan sahiblərini Roman Hüseynov məyus edib. İlk hissənin ortalarında bakılılar hesabda tarazlıq yaratsa da, fasilə ərəfəsində “Qəbələ” daha iki qol vurmağı bacarıb. Fərid Nəbiyevlə Ülvi İsgəndərov fərqləniblər.

İkinci hissədə də 4 qol qeydə alınıb. Öncə paytaxt təmsilçisinin futbolçusu Sinan Akkoyun avtoqola üzülüb. Az sonra “İnter” yenidən fərqi azaltsa da, final fiti öncəsi “qırmızı-qaralar” daha 2 qola sevinib. Baxşəli Baxşəliyev və Tural Məmmərzəyev rəqib qapısına yol tapıb.

Beləliklə, əvəzedicilər mövsümə böyükhesablı qələbə ilə start verib.