Əvəzedicilər paytaxtdan xalsız dönür
Xəbərlər / 9 Aprel 2018 | 19:38124
Əvəzedicilər paytaxtdan xalsız dönür

“Zirə” – “Qəbələ” – 3:0

(Mirsahib Abbasov, 56; Orxan Əliyev, 60; Tapdıq Əhmədov, 65)

Bu gün əvəzedicilərin çempionatında XXII tura yekun vurulub. “Qəbələ” IV dövrəyə səfər qarşılaşması ilə start verib. “Qırmızı-qaralar” Bakıda “Zirə” ilə görüşüb. Çempionatın lideri olan Emin İmaməliyevin yetirmələri paytaxt səfərində məğlubiyyətlə üzləşib. İkinci hissənin ilk yarısında 3 qol vuran zirəlilər böyükhesablı qələbə qazanıb.

Beləliklə, “Qəbələ” mövsümdə 5-ci dəfə meydanı xalsız tərk edib. Çempionatın sonuna 6 tur qalmış hesabında 45 xal olan əvəzedicilər yarışın lideridir.

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

22

14

3

5

62-23

45

2

Səbail

22

12

3

7

37-30

39

3

Qarabağ

22

10

4

8

32-33

34

4

Keşlə

22

7

12

3

31-26

33

5

Zirə

22

9

5

8

28-29

32

6

Sumqayıt

22

6

5

11

25-42

23

7

Neftçi

22

5

6

11

16-28

21

8

Kəpəz

22

2

8

12

12-32

14