Əvəzedicilərdən 10-cu qələbə - Fotoreportaj
Xəbərlər / 20 Noyabr 2017 | 17:47410
Əvəzedicilərdən 10-cu qələbə - Fotoreportaj

“Neftçi” – “Qəbələ” – 0:1

Roman Hüseynov, 21

Bu gün əvəzedicilərin çempionatında XII tura yekun vurulub. Turun son qarşılaşması Bakıda keçirilib. Çempionatın lideri “Qəbələ” “Neftçi” ilə üz-üzə gəlib. Binə qəsəbə stadionunda keçirilən görüşdə 1 qol vurulub. Roman Hüseynov matçın 21-ci dəqiqəsində paytaxt təmsilçisinin qapısına yol tapıb. 

“Qırmızı-qaralar”ın bu qolu qarşılaşmada yeganə olub. Beləliklə, mövsümdə 10-cu qələbəsini qazanan Elmar Baxşıyevin yetirmələri turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini möhkəmlədib.

 

1

Qəbələ

12

10

1

1

44-8

31

2

Zirə

12

6

3

3

18-17

21

3

Səbail

12

6

3

3

20-16

21

4

Keşlə

11

3

6

2

18-17

15

5

Neftçi

11

4

2

5

10-15

14

6

Qarabağ

12

3

2

7

11-20

11

7

Sumqayıt

12

2

3

7

12-29

9

8

Kəpəz

12

1

4

7

8-19

7