Əvəzedicilərdən 2012-ci ilə uğurlu start
Xəbərlər / 14 Fevral 2012 | 20:0091
Əvəzedicilərdən 2012-ci ilə uğurlu start

"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası 2012-ci ilə uğurlu start verib. İlin ilk rəsmi matçında - əvəzedicilər çempionatının 20-ci turunda səfərdə "Simurq"la qarşılaşan komandamız rəqibini 1:0 məğlub edib. Matç boyu üstün oyun nümayiş etdirən "Qəbələ" Rey Məmmədbəylinin 86-cı dəqiqədə vurduğu qolla qələbə qazanıb. Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran Daril Villardın yetirmələri turnir cədvəlinin ikinci pilləsində möhkəmlənib.