Əvəzedicilərdən 6-cı böyükhesablı qələbə
Xəbərlər / 15 Oktyabr 2017 | 18:17426
Əvəzedicilərdən 6-cı böyükhesablı qələbə

“Sumqayıt” – “Qəbələ” – 0:3

Rövlan Muradov, 3; Hacıağa Hacılı, 14; Ülvi İsgəndərov, 57

Bu gün əvəzedicilərin çempionatında VIII tura yekun vurulub. “Qəbələ” II dövrənin ilk oyununda “Sumqayıt”la qarşılaşıb. İlk dövrədə xal itkisi ilə üzləşməyən “qırmızı-qaralar” səfər oyununda da seriyasını davam etdirib. Komandamız erkən qolla hesabı açıb. Rövlan Muradov 3-cü dəqiqədə fərqlənib. Az keçməmiş Hacıağa Hacılı fərqi artırıb. Çempionatın ən yaxşı bombardiri Ülvi İsgəndərovun fasilədən sonra vurduğu qol isə “Qəbələ”nin böyükhesablı qələbəsini rəsmiləşdirib – 3:0. Bu, Ülvinin 12-ci qolu olub. Elmar Baxşıyevin yetirmələri cari mövsümün 8 matçında 6-cı böyükhesablı qələbəsini əldə edib.

Beləliklə, mövsümün startında ardıcıl 8-ci qələbəsini qazanan “qırmızı-qaralar” liderliyini daha da möhkəmləndirib. 

 

1.

Qəbələ

8

8

0

0

35 - 4 

24

2.

Zirə

7

5

0

2

13 - 8 

15

3.

Səbail

8

3

2

3

12 - 14

11

4.

Sumqayıt

8

2

3

3

11 - 22

9

5.

Neftçi

7

2

1

4

  7 - 13

7

6.

İnter

6

1

4

1

10 - 13

7

7.

Kəpəz

8

1

3

4

  8 - 12

6

8.

Qarabağ

8

1

1

6

  7 - 17

4