Əvəzedicilərdən ardıcıl 3-cü böyükhesablı qələbə
Xəbərlər / 27 Avqust 2017 | 23:39450
Əvəzedicilərdən ardıcıl 3-cü böyükhesablı qələbə

“Qarabağ” – “Qəbələ” – 0:4
(Hacıağa Hacılı, 38; Amin Seyidov, 45; Rövlan Muradov, 66; Əli Sadıxov, 84)

Əvəzedicilərin çempionatında III tura yekun vurulub. Turun son matçında “Qəbələ” “Qarabağ”ın qonağı olub. İlk iki turda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” bu dəfə də meydandan 3 xalla ayrılıb. Qarşılaşmaya fəal başlayan Elmar Baxşıyevin yetirmələri uzun müddət rəqibin müqavimətini qırmaqda çətinlik çəksə də, ilk yarının sonlarında 2 qol vurub. Öncə Hacıağa Hacılı, fasilə öncəsi isə Amin Seydiyev meydan sahiblərinin qapısına yol tapıb. İkinci hissədə də inamlı oyun nümayiş etdirən komandamız 66-cı dəqiqədə Rövlan Muradovun qolu ilə fərqi 3 topa çatdırıb. “Qəbələ” qarşılaşmanın sonlarında daha bir dəfə fərqlənib. Bu dəfə Əli Sadıxov qol sevinci yaşayıb – 4:0.

Beləliklə, mövsümün startında ardıcıl 3-cü böyükhesablı qələbəsini qazanan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

 

 

1

Qəbələ

3

3

0

0

19-3

9

2

Zirə

3

3

0

0

10-3

9

3

Neftçi

3

2

1

0

6-2

7

4

Kəpəz

3

0

2

1

4-5

2

5

İnter

3

0

2

1

5-9

2

6

Səbail

3

0

1

2

5-9

1

7

Qarabağ

3

0

1

2

1-6

1

8

Sumqayıt

3

0

1

2

3-16

1