Əvəzedicilərdən ardıcıl 5-ci qələbə
Xəbərlər / 18 Sentyabr 2017 | 18:31238
Əvəzedicilərdən ardıcıl 5-ci qələbə

“Səbail” – “Qəbələ” – 0:3
(Rövlan Muradov, 31; Ülvi İsgəndərov, 69, 82)
Əvəzedicilərin çempionatında V turun oyunları keçirilir. Turun ikinci günü “Qəbələ”nin oyunu ilə başlayıb. “Qırmızı-qaralar” səfərdə “Səbail”in qonağı olublar. Bunadək keçirdiyi bütün oyunlarda qələbə qazanan Elmar Baxşıyevin yetirmələri bu dəfə də meydanı 3 xalla tərk ediblər. Komandamız meydan sahiblərinin müqavimətini yalnız ilk hissənin ortalarında qırıb. Rövlan Muradov 31-ci dəqiqədə hesabı açıb. Fasilədən sonra “Qəbələ” daha iki qol vurub. Çempionatın ən məhsuldar oyunçusu Ülvi İsgəndərov daha 2 dəfə rəqib qapısına yol tapıb. Beləliklə, ardıcıl 5-ci qələbəsini qazanan əvəzedicilərimiz turnir cədvəlinin zirvəsindəki mövqeyini möhkəmlədib.

1

Qəbələ

5

5

0

0

23-3

15

2

Zirə

5

4

0

1

11-4

12

3

Neftçi

5

2

1

2

6-4

7

4

Sumqayıt

5

1

2

2

5-17

5

5

Səbail

5

1

1

3

7-12

4

6

İnter

5

0

4

1

8-12

4

7

Kəpəz

4

0

3

1

6-7

3

8

Qarabağ

4

0

1

3

1-8

1