Əvəzedicilərdən böyükhesablı qələbə
Xəbərlər / 18 Yanvar 2017 | 19:58285
Əvəzedicilərdən böyükhesablı qələbə

 “Qəbələ” (əvəzedicilər) – “Manavqatspor” (Türkiyə) - 4:1
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” yerli 3-cü liqa təmsilçisi “Manavqatspor” klubu ilə qarşılaşıb. Hüseynqulu Quliyevin yetirmələri görüşə aşağıdakı heyətlə çıxıb: Həsən Hüseynov, Amin Seydiyev, Elvin Dəmirov, Əzəmət Ələkbərli, Ülvi İbazadə (k), Tural Məmmərzayev, Rövlan Muradov, Baxşəli Baxşəliyev, Elvin Həsənov, Nurlan Quliyev, Ülvi İsgəndərov.
Qarşılaşma “Qəbələ”nin üstünlüyü ilə keçib. İki gün öncə Albaniyanın “Partizani” klubu ilə görüşən (2:6) əvəzedicilərimiz 2017-ci ildə ilk qələbəsini Türkiyə təmsilçisi üzərində qazanıb. Komandamız məhsuldar keçən oyunda 4:1 hesabı ilə qalib gəlib. Böyükhesablı qələbəyə Ülvi İsgəndərov iki, Nurlan Quliyev və Qədir Bayramlı hərəyə 1 qolla töhfə veriblər.
Xatırladaq ki, Quliyevin baş məşqçisi olduğu komanda Antalyada sonuncu yoxlama oyununu yanvarın 20-də keçirəcək.