Əvəzedicilərdən böyükhesablı qələbə
Xəbərlər / 18 Fevral 2018 | 17:39309
Əvəzedicilərdən böyükhesablı qələbə

“Qəbələ” – “Zirə” – 4:0

(Yusif Nəbiyev, 8; Hacıağa Hacılı, 20; Kamran Quliyev, 30; Əli Səmədov, 78)

Bu gün əvəzedicilərin çempionatında XVI tura start verilib. “Qəbələ” öz meydanında “Zirə” ilə qarşılaşıb. Emin İmaməliyevin yetirmələri 2018-ci ilin ilk ev oyunundan qələbə ilə ayrılıb. Çempionatın lideri qarşılaşmanın taleyini artıq ilk yarıda həll edib. Belə ki, Yusif Nəbiyev, Hacıağa Hacılı və Kamran Quliyev ilk 30 dəqiqədə qonaqların qapısına yol tapıb. Oyunun sonlarında isə Əli Səmədov paytaxt təmsilçisini mərkəzdən başlamağa məcbur edib.

Beləliklə, mövsümdə 12-ci qələbəsini qazanan “qırmızı-qaralar” xal hesabını 38-ə çatdırıb və liderliyini möhkəmlədib. Bu, komandamızın 9-cu böyükhesablı qələbəsi olub.

 

1

Qəbələ

16

12

2

2

55-14

38

2

Səbail

15

8

3

4

23-19

27

3

Keşlə

15

5

8

2

23-18

23

4

Zirə

16

6

4

6

21-26

22

5

Neftçi

16

5

4

7

13-20

19

6

Qarabağ

15

5

2

8

19-26

17

7

Sumqayıt

16

4

4

8

16-32

16

8

Kəpəz

15

1

5

9

10-26

8