Əvəzedicilərdən böyükhesablı səfər qələbəsi
Xəbərlər / 26 Noyabr 2017 | 17:09420
Əvəzedicilərdən böyükhesablı səfər qələbəsi

“Kəpəz” - “Qəbələ” – 0:3

Rövlan Muradov, 68; Ülvi İbazadə, 72; Amin Seydiyev, 84

Bu gün əvəzedicilərin yarışında XIII tura start verilib. Turun ilk qarşılaşması Yevlaxda keçirilib. Çempionatın lideri “Qəbələ” səfərdə Gəncə “Kəpəz”i ilə qarşılaşıb. Görüş Elmar Baxşıyevin yetirmələrinin üstünlüyü ilə keçsə də, “qırmızı-qaralar” autsayderin müqavimətini qırmaqda çətinlik çəkib. Bu üzdən də matçdakı bütün qollar ikinci hissəyə təsadüf edib. Hesab yalnız 68-ci dəqiqədə açılıb. Rövlan Muradov meydan sahiblərini məyus edib. 4 dəqiqə sonra Ülvi İbazadə fərqi artırmağa müvəffəq olub. Qarşılaşmanın sonlarında isə Amin Seydiyev böyükhesablı qələbəni rəsmiləşdirən qola imza atıb - 3:0.

Beləliklə, mövsümdə 11-ci qələbəsini qazanan əvəzedicilər 8-ci böyük hesabla qalib gəlib.

 

 

1

Qəbələ

13

11

1

1

47-8

34

2

Zirə

12

6

3

3

18-17

21

3

Səbail

12

6

3

3

20-16

21

4

Keşlə

12

4

6

2

20-17

18

5

Neftçi

12

4

2

6

10-17

14

6

Qarabağ

12

3

2

7

11-20

11

7

Sumqayıt

12

2

3

7

12-29

9

8

Kəpəz

13

1

4

8

8-22

7