Əvəzedicilərdən əzmkar qələbə
Xəbərlər / 24 Oktyabr 2016 | 15:58496
Əvəzedicilərdən əzmkar qələbə

“Sumqayıt” – “Qəbələ” – 2:3

(Nicat Muxtarov, 38, 69 // Ramil Hasanov, 17, 90; Ülvi İsgəndərov, 71)

Bu gün əvəzedicilərin çempionatında IX tura yekun vurulub. Turun son oyun günündə iki qarşılaşma baş tutub. “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnməyə çalışan Hüseynqulu Quliyevin yetirmələri artıq 17-ci dəqiqədə hesabı açıb. Ramil Hasanov “qırmızı-qaralar”ı önə çıxarıb. Buraxılan qoldan sonra fəallığı artıran meydan sahibləri fasiləyədək Nicat Muxtarovun qolu ilə tarazlığı bərpa edib. “Sumqayıt”ın futbolçusu ikinci yarıda da qol sevinci yaşayıb. Lakin Muxtarovun komandasına qazandırdığı üstünlük uzun sürməyib. Əzmkarlıq nümayiş etdirən əvəzedicilərimiz əvvəl Ülvi İsgəndərovun qolu ilə hesabı bərabərləşdirib, son dəqiqədə isə qələbə topunu vurub. Bu, Ramilin dublunu rəsmiləşdirməsi ilə gerçəkləşib.

Beləliklə, əvəzedicilər mövsümdə 4-cü dəfə qalib gələrək, xal hesabını 14-ə çatdırıb.

 

Neftçi

8

5

1

2

13-10

16

2 

Qarabağ

8

5

1

2

18-9

16

3

Qəbələ

8

4

2

2

15-8

14

4

İnter

9

4

2

3

8-7

14

5

Zirə

9

3

3

3

11-9

12

6

Kəpəz

9

2

4

3

8-11

10

7 

Sumqayıt

8

2

1

5

8-18

7

8 

AZAL

9

2

0

7

10-19

6