Əvəzedicilərdən ilk səfər qələbəsi
Xəbərlər / 14 Oktyabr 2016 | 18:06351
Əvəzedicilərdən ilk səfər qələbəsi

“İnter” – “Qəbələ” – 0:1
(Tellur Mütəllimov, 17)
Bu gün əvəzedicilərin çempionatında II dövrəyə start verilib. VIII turun ilk qarşılaşması “İnter Arena”da keçirilib. Ötən mövsümün çempionu “Qəbələ” “İnter”in qonağı olub. İlk dövrədə rəqibinə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” səfər matçına revanş iddiası ilə çıxıb. Bunun nəticəsidir ki, matça fəal başlayan Hüseynqulu Quliyevin yetirmələri 17-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərinin qapısına Tellur Mütəllimov yol tapıb. Bu, onun əvəzedicilərin heyətində mövsümdə ilk qolu olub. Futbolçumuzun bu qolu qələbə üçün kifayət edib. Bakıda 1:0 hesabı ilə qalib gələn “Qəbələ” mövsümdə ilk səfər qələbəsini qazanıb.
Beləliklə, əvəzedicilər mövsümdə 3-cü dəfə qalib gələrək, xal hesabını 11-ə çatdırıb.

Neftçi 7 4 1 2 11-9 13 
2  Qarabağ 7 4 1 2  12-9 13 
3 İnter 8 4 1 3 7-6 13 
4 Zirə 7 3 3  1 9-5 12 
5 Qəbələ 7 3  2  2 12-6 11
6 Sumqayıt 6 2  1  3  6-9 7
7  Kəpəz 7 1 3 3 5-9 6
8  AZAL 7 1 0 6 7-16 3