Əvəzedicilərdən inamlı qələbə
Xəbərlər / 1 Mart 2012 | 20:00660
Əvəzedicilərdən inamlı qələbə

Əvəzedicilər çempionatının 22-ci turunda “Qəbələ” səfərdə “Rəvan”la üz-üzə gəlib. Çempionatın favoritlərindən hesab olunan, hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan komandamız “Rəvan” üzərində böyükhesablı qələbə qazanıb. Matç boyunca rəqibindən üstün oyun nümayiş etdirən “Qəbələ” 4:0 hesabilə qalib gəlib. Komandamıza 3 xalı gətirən qollara Sadiq Quliyev, Amil Yunanov, Abdulkader Kamara və Rey Məmmədbəyli imza atıb. Bu nəticədən sonra Daril Villardın yetirmələri ikinci pillədəki mövqelərini biraz da möhkəmlədiblər.

Matç həm də 4 “Qəbələ” Futbol Akademiyası yetirməsinin debütü ilə əlamətdar olub. Sadiq Quliyev, Elvin Camalov, Elnur Mustafazadə və Əsgər Nəbiyev əvəzedicilərin heyətində ilk dəfə meydançaya çıxmaqla peşəkar futbolçu karyeralarında mühüm mərhələyə keçid alıblar. 

“Qəbələ” “Rəvan”a qarşı aşağıdakı heyətlə mübarizə aparıb:
Fərid Ağayev, Murad Musayev, Sadiq Quliyev, Müşfiq Teymurov, Ülvi Qaçaylı (Elvin Camalov), Abdulkader Kamara (Fərid Haqverdiyev), Rəşid Əmiraslanov (Seymur Əsədov), Salman İbrahimov (Əsgər Nəbiyev), Ruslan Bədəlov (Elnur Mustafayev), Amil Yunanov, Rey Məmmədbəyli.

Əvəzedicilər çempionatının XXII turunda qeydə alınan nəticələr:

"Rəvan" 0:4 "Qəbələ"
(Sadiq Quliyev, 22; Amil Yunanov, 39; Abdulkader Kamara, 78; Rey Məmmədbəyli, 86)

"Bakı" 0:3 "İnter"
(Samir Hüseynli, 65; Əbülfəz Hüseynli, 80; Ramil Mansurov, 88)

"Sumqayıt" 1:0 "Xəzər Lənkəran"
(Ruslan Nəsirli, 79)

"Kəpəz" 1:0 "Simurq"
(Ravil Müslümov, 77)

"Qarabağ" 0:0 AZAL

"Turan" 0:2 "Neftçi"
(Kərim Diniyev, 35; Kərəm Manafov, 53)