Əvəzedicilərdən qolsuz sülh
Xəbərlər / 22 Aprel 2017 | 16:56357
Əvəzedicilərdən qolsuz sülh

Bu gün əvəzedicilərin çempionatında XXVII turun oyunları keçirilib.  Bu turadək çempionatın lideri olan “Qəbələ” öz meydanında “İnter”i qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, meydan sahibləri ərazi üstünlüyü qazana bilib. Buna baxmayaraq, “qırmızı-qaralar” rəqibin müdafiə səddini yara bilməyib. Mükafatçılar sırasına düşmək şansını itirən paytaxt təmsilçisinin də hücumları bəhrəsiz qalıb. Nəticədə qarşılaşma qolsuz sülhlə başa çatıb.

Beləliklə, ardıcıl 3 oyundur qalib gələ bilməyən Hüseynqulu Quliyevin yetirmələri zirvəni əldən verib. Çempionatın sonuna bir tur qalmış 52 xala malik “Qəbələ” liderdən 1 xal geri qalır. Aprelin 28-də keçiriləcək son turda komandamız “Sumqayıt”ın qonağı olacaq.

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

27

15

8

4

49-25

53

2

Qəbələ

27

16

4

7

51-28

52

3

Neftçi

27

14

6

7

52-26

48

4

İnter

27

10

8

9

20-19

38

5

Zirə

27

8

9

10

29-30

33

6

Kəpəz

27

8

8

11

27-37

32

7

Sumqayıt

27

8

3

16

40-58

27

8

AZAL

27

4

4

19

27-72

16