Əvəzedicilərin ilk xal itkisi
Xəbərlər / 23 Oktyabr 2017 | 18:54319
Əvəzedicilərin ilk xal itkisi

“Qəbələ” – “Qarabağ” – 1:2
(Ülvi İsgəndərov, 21 // Famil Camalov, 61, 90+3)
Bu gün əvəzedicilərin çempionatında IX tura yekun vurulub. Yarışın lideri “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşıb. İlk 8 oyunda xal itirməyən Elmar Baxşıyevin yetirmələri bu görüşə də qələbə iddiası ilə çıxıb. Bunun nəticəsi olaraq, komandamız ilk yarıda hesabı açıb. Çempionatın bombardiri Ülvi İsgəndərov “Qəbələ”ni hesabda önə keçirib. Lakin əvəzedicilərimiz üstünlüyü qoruya bilməyib. İkinci hissədə Famil Camalovun vurduğu 2 top qonaqlara 3 xal qazandırıb.
Beləliklə, startda ardıcıl 8 qələbə qazanan “Qəbələ” ilk xal itkisi ilə üzləşib – 1:2. Buna baxmayaraq, 24 xala malik “qırmızı-qaralar” liderliyini qoruyub.

 

1

Qəbələ

9

8

0

1

36-6

24

2

Zirə

8

6

0

2

14-8

18

3

Səbail

9

4

2

3

14-15

14

4

Neftçi

8

3

1

4

8-13

10

5

Sumqayıt

9

2

3

4

11-23

9

6

İnter

7

1

4

2

11-15

7

7

Qarabağ

9

2

1

6

9-18

7

8

Kəpəz

9

1

3

5

8-13

6