Əzmlə finala doğru
Xəbərlər / 21 Aprel 2012 | 21:31473
Əzmlə finala doğru

“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası III Beynəlxalq Kuşadası Turnirində uğurlu çıxışını davam etdirir. 1/8 finalda “Damlaspor”la qarşılaşan təmsilçimiz Coşqun Süleymanovun yeganə qolu ilə rəqibini üstələyib – 1:0.  Əzmkar qələbə ilə ¼ finala vəsiqə qazanan U-14 bu mərhələdə “Aydınspor”la üz-üzə gələcək. Xatırladaq ki, “Aydınspor” 1/8 finalda “Anderlext”i mübarizədən kənarlaşdırıb. 
Matç aprelin 22-i Bakı vaxtı ilə 14:30-da baş tutacaq