Fariz Məmmədovun "Böyük Qayıdış"ı - Film
Boks / 29 Dekabr 2017 | 19:43819
Fariz Məmmədovun "Böyük Qayıdış"ı - Film

Qəbələ TV Azərbaycanın və “Qəbələ”nin peşəkar boks üzrə ilk dünya çempionu Fariz Məmmədovun karyerası və həyatından bəhs edən filmi tamaşaçılara təqdim edir. Rejissor Nicat Cəlilovun “Böyük qayıdış” adlanan və həcmi 30 dəqiqə olan film “Qəbələ” İdman Klubunun və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərsəyə gəlib. Lent yazısında Məmmədovun müharibə dövrünə düşən və 12 yaşında səngərdə qaldığı uşaqlıq illəri, idmana gəlişi, keçirdiyi ağır illərdən sonra boksa böyük qayıdış edərək rinqə dönməsi əks olunub. Filmdə boksçunun 2012-ci ildə erməni rəqibinə qalib gəlməsi və digər yaddaqalan qələbələri də təsvir edilib.