Fatih Kavlakın yeni yardımçısı bəlli oldu
Xəbərlər / 3 İyul 2012 | 09:14345
Fatih Kavlakın yeni yardımçısı bəlli oldu

“Qəbələ”nin baş məşqçisi Fatih Kavlakın yeni yardımçısı bəlli olub. Bu posta “Qəbələ” Futbol Akademiyasında məşqçi kimi fəaliyyət göstərən Sənan Qurbanov gətirilib. 
UEFA B kateqoriyasına sahib olan Sənan Qurbanov artıq iki ildən artıqdır ki, məşqçi kimi çalışır. O, akademiyadan öncə birinci divizionda çıxış etmiş “Neftçi İSM”də işləyib.

Məşqçilik fəaliyyətindən öncə isə “Qəbələ” ilə yanaşı, “Şəfa”, “Qarabağ”, “Dinamo”, “Saypa” (İran), “MKT-Araz”, və “Muğan” klublarında oynamış S.Qurbanov eyni zamanda həm olimpiya, həm də əsas yığma komandalarımızda forma geyinib.