Fərid bürünc, Məhəmmədəli olimpiya lisenziyası qazandı
Boks / 22 Aprel 2014 | 12:55898
Fərid bürünc, Məhəmmədəli olimpiya lisenziyası qazandı

İdman klubumuzun Qəbələ bölməsinin yetirməsi Fərid İsmayıllı Bakı birinciliyində uğurla çıxışla yadda qalıb. İdmançımız 2000-2001-ci il təvəllüdlü boksçuların yarışında bürünc medal qazanıb. 
Boks bölməmiz digər uğurlu nəticəni Bolqarıstanda keçirilən gənclərin dünya çempionatında əldə edib. Sözügedən yarışda beşinci olan boksçumuz Məhəmmədəli Tahirov bu ilin avqustunda Çində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanıb. Tahirov turnirdə olimpiadaya vəsiqə qazanan yeganə milli üzvü olub.