Fernan Lopes yenidən «Qəbələ»də
Xəbərlər / 8 Oktyabr 2021 | 13:39393
Fernan Lopes yenidən «Qəbələ»də

Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Fernan Lopes yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 26 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Fernan 2019/20 mövsümündə də “Qəbələ”nin heyətində çıxış edib. O, komandamızda keçirdiyi 22 oyunda 3 qol vurub. “Selta” klubunun yetirməsi olan Lopes 2011-14-cü illərdə bu klubun B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və, “Barakaldo” klublarının da formasını geyinib. Fernan 2020/21 mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.