Filip Ozobiç Xorvatiya milli komandasında
Xəbərlər / 13 Dekabr 2016 | 21:471460
Filip Ozobiç Xorvatiya milli komandasında

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasına çağırılıb. 25 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvarında yığmasının düşərgəsinə yollanacaq. Baş məşqçi Ante Çaçiç “qırmızı-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusunu sınamaq qərarına gəlib. Ozobiç Xorvatiya millisinin heyətində “China Cup 2017” turnirində özünü göstərməli olacaq. Çaçiç Filipi yanvarın 10-15-də Nannin şəhərində keçiriləcək turnirə aparacağı heyətə daxil edib. Turnirdə Çin, Çili, İslandiya və Xorvatiya milliləri mübarizə aparacaq. Ayın 10-da Çin – İslandiya, ertəsi gün Çili - Xorvatiya matçları baş tutacaq. Məğlub olan komandalar yanvarın 14-də 3-cü yer uğrunda matçda qüvvələrini sınayacaq. Qaliblər isə ayın 15-də kubokun qalibini müəyyənləşdirəcək. 
Xatırladaq ki, 2016-cı ilin yayından “Qəbələ”də çıxış edən Ozobiç Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas komandada debüt etməyib. Onun debüt matçı “qırmızı-qaralar”ın futbolçusu kimi baş tuta bilər.