Finalçılar məlum oldu
Xəbərlər / 18 Aprel 2012 | 10:14455
Finalçılar məlum oldu

“Qəbələ FK” Futbolun Kütləviləşdirilməsi Departamenti  (FKD) və AFFA-nın birgə təşkilatçılığı ilə Qəbələ rayonu üzrə məktəblərarası “Coca-Cola Məktəbli Kuboku” turniri davam edir. Reqlamentə əsasən, ilk turda ən yaxşı nəticə göstərən 2 komanda növbəti mərhələyə adlayır. 

Martın 29-da keçirilən oyunlarda Vəndam 1,  Vəndam 2, Vəndam 3 saylı qəsəbə, eləcə də, Bunud və Tüntül tam orta kənd məktəblərinin komandaları mübarizə aparıb. Qəbələ şəhər stadionunda keçirilən oyunlarda bu nəticələr qeydə alınıb: 
Vəndam 1- Vəndam 2 – 3:1,  Bunud – Tüntül – 1:1, Vəndam 1- Vəndam 3 - 1:1, Vəndam 2 - Bunud – 0:1, Vəndam 1- Bunud – 2:1, Vəndam 3- Tüntül – 0:1, Vəndam 1- Tüntül – 0:4, Vəndam 3 - Vəndam 2 - 4:0, Tüntül - Vəndam 2 – 2:0, Bunud - Vəndam 3 – 0:1.
Aprelin 5-də, ilk mərhələnin son yarışında isə Qəbələnin şəhər məktəblərinin komandaları mübarizə aparıblar. 

Nəticələr belədir: 
Şəhər1 - Şəhər 2 – 2:1, Şəhər 4 - Şəhər 3 – 0:2, Şəhər 1 - Şəhər  5 – 1:0, Şəhər 2 - Şəhər 4 – 1:4, Şəhər 1- Şəhər 4 – 4:4,  Şəhər 5 - Şəhər 3 – 2:1, Şəhər 1 - Şəhər 3 – 2:2, Şəhər 5 - Şəhər 2 – 0:1,  Şəhər 3 - Şəhər 2 – 4:1,  Şəhər 4 - Şəhər 5 - 4:1.
Bu oyunlardan sonra  Tüntül (10 xal) və Vəndam 3 (7 xal) saylı tam orta məktəbləri,  Şəhər 1 saylı tam orta məktəb və Şəhər 4 saylı tam orta məktəb növbəti mərhələyə adlayıblar. 

Beləliklə də, “Coca-Cola Məktəbli Kuboku”nun ilk mərhələsi tamamlandı və növbəti mərhələyə keçmiş komandaların hamısı müəyyən edildi. İlk mərhələnin yekunlarına görə, Yemişənli, Mıxlıqovaq, Zarağan 2, Hacallı, Soltannuxa, Bum, Tüntül və Vəndam 3, Şəhər 1 və Şəhər 4 saylı məktəblərin komandaları növbəti mərhələyə çıxıblar. 

Yarımfinal oyunlarında Yemişənli, Tüntül, Vəndam 3 və Mıxlıqovaq komandalarına qalib gələn Soltnnuxa orta məktəbinin komandası finala çıxan ilk komanda olub. Final mərhələsinə adlamış növbəti komanda Zarağan 2 (12 xal) tam orta məktəbi oldu. Final görüşündə Soltannuxa və Zarağan 2 tam orta məktəbləri üz-üzə gələcək. 

Xatırladaq ki, bu, “Qəbələ FK” FKD və AFFA-nın birgə keçirdiyi ikinci belə turnirdir. İlk turnirdən fərqli olaraq, bu dəfə qalib olacaq məktəbin komandası Qəbələ rayonunu Azərbaycan üzrə təmsil etmək hüququ qazanacaq. Turnirdə Qəbələ rayonundakı 25 məktəbin 7-ci sinif şagirdlərindən təşkil olunmuş komandalar iştirak edir.