Futbolçumuz Azərbaycan yığmasında
Xəbərlər / 26 Avqust 2017 | 17:29286
Futbolçumuz Azərbaycan yığmasında

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. “Qəbələ”nin futbolçusu Qismət Alıyev də heyətdə yer alıb. O, Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunu üçün açıqlanan heyətə daxil edilib. Avqustun 31-də səfərdə İsrail komandası ilə keçiriləcək matça hazırlaşacaq yığmamız oyuna hazırlıq məqsədilə avqustun 27-dən təlim-məşq toplanışına başlayacaq.