Gənc cüdoçular 10 medal qazandı, «Qəbələ» 3-cü oldu
Cüdo / 24 Fevral 2018 | 00:58687
Gənc cüdoçular 10 medal qazandı, «Qəbələ» 3-cü oldu

"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda 64 klubdan 467 cüdoçu 16 dəst mükafat uğrunda mübarizə aparıb. “Qəbələ” İdman Klubunun təmsilçiləri də birincilikdə uğurla çıxış edib. Cüdoçularımız 10 medal qazanıblar. Kamil Allahverdiyev 73 kq, Ayxan Cəfərov +100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çempion adına yiyələnən hər iki idmançımız finalda komanda yoldaşına qalib gəlib. Belə ki, Hasil Cəfərov 73 kq, Camal Feyziyev +100 kq dərəcəsində gümüş medala yiyələnib. Rövşən Əliyev (55 kq), həmçinin Qəbələ rayon bölməsinin idmançıları Aygün Hacıyeva (44 kq) və İmran Yusifov (100 kq) da finala qədər irəliləsə də, ikinci yeri tutub. Raşqan Baxşəliyev (55 kq), İsmayıl İbrahimov (66 kq) və Kənan Əhmədov (+100 kq) birinciliyi bürünc medalla başa vurub. Ümumilikdə 2 qızıl, 5 gümüş və 3 bürünc mükafata yiyələnən “Qəbələ” İdman Klubu ümumi komanda hesabında 3-cü yeri tutub.