Gənc cüdoçularımızdan 2 qızıl
Cüdo / 23 Dekabr 2013 | 10:50807
Gənc cüdoçularımızdan 2 qızıl

Qəbələ Olimpiya İdman Kompleksində 2000-2001, 2002-2003 və 2003-2004 təvəllüdlü cüdoçular arasında açıq Qəbələ Birinciliyi keçirilib.  Birincilikdə "Qəbələ" İdman Klubu ilə yanaşı Sumqayıt şəhəri, İsmayıllı rayonu, Nizami UGİM, Səbayel UGİM, "Kanokan TT", "Ruslan" İK, "Şahin" İK, "Olimp" İK və "Qafqaz-Arena" İK təmsilçiləri qüvvələrini sınayıblar. Yarışda ümumilikdə 248 idmançı medallar uğrunda mübarizə aparıb. Turnirdə klubumuzun Qəbələ şəhər bölməsinin 2 cüdoçusu qızıl medala sahib olub. 30 kq çəki dərəcəsində Novruz Allahverdiyev, 38 kq çəki dərəcəsində isə Umud Aslanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yekun nəticələrə görə komanda hesabında "Qəbələ" İK 3-cü yerdə qərarlaşıb. "Şahin" İK birinci, "Ruslan" İK ikinci olub.