Gənc taekvondoçulardan 3 çempionluq
Taekvondo / 25 Dekabr 2015 | 20:38884
Gənc taekvondoçulardan 3 çempionluq

Taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Dekabrın 23-24-də baş tutan yarışda “Qəbələ” İdman Klubunun üzvləri də iştirak edib. “Sərhədçi” Olimpiya Mərkəzindəki yarışda təmsilçilərimiz 5 medal qazanıb.
Diana Hacıəliyeva (49 kq) qızların, Fərhan Məmmədli (78 kq) və Orxan Tağızadə (+78 kq) oğlanların yarışında bütün rəqiblərinə qalib gələrək, qızıl medal əldə edib. Nərgiz Mirzəyeva (42 kq) və Nicat Əsgərli (63 kq) isə yalnız finalda məğlub olaraq, gümüş mükafatla kifayətlənib. Beləliklə, “Qəbələ”nin taekvondoçuları birinciliyi 3 qızıl və 2 gümüş medalla başa vurublar. Ümumi komanda hesabında isə “qırmızı-qaralar” yalnız “Gilan”dan geri qalaraq 2-ci olub.