Hakimin şübhəli qərarı «Qəbələ»ni qələbədən etdi
Oyun icmalı / 13 Aprel 2013 | 12:23763
Hakimin şübhəli qərarı «Qəbələ»ni qələbədən etdi

“Qəbələ” – “Bakı”  1:1 

13 Aprel 2013. Saat 15:00. Qəbələ şəhər stadionu. 750 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Həşimov, Namiq Hüseynov
Dördüncü hakim: İnqlab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Assis Rodriges, 22 (simulasiya); Rəşad Abdullayev, 37 (fitdən sonra topa zərbə); Şəhriyar Xəlilov, 67 (vaxtı gecikdirdiyinə görə); Ürfan Abbasov, 73 (bilərəkdən rəqibi əllə tutduğuna görə); Dieqo Kosta Silva, 89 (vaxtı gecikdirdiyinə görə); Nikola Valentiç, 90+1 (qeyri-idman hərəkəti)// Edemir Rodrigez, 48 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Lukas Mario Horvat, 53 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 55 (hakimə etiraza görə); İbrahim Karqo, 61 (perspektivli hücumun qarşısını aldığına görə)
Qollar: Viktor Mendi, 30 // Rauf Əliyev, 90+1 (p.)
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə -  3 dəq.

Premyer Liqanın XXVI turunda "Qəbələ" doğma divarlar arasında "Bakı"nı qəbul etdi. Matç "Qəbələ" üçün turnir cədvəlində 5-ci yerə yüksəlmək və Avropaya iddiasını davam etdirmək baxımından önəm kəsb edirdi. Qarşılaşma həm də Qəbələdə keçirilən 100-cü oyun kimi ələmatdar idi. 
Görüş tərəflərin qarşılıqlı hücumları ilə start götürdü. İlk dəqiqələrdə nisbətən aktiv görünən qonaqlar "Qəbələ"nin qapısı önündə bir neçə epizod yaratsalar da, müdafiəçilərin və qapıçının diqqətli oyunu qola imkan vermədi. Əvəzində təzyiqi artıran "qırmızı-qaralar" 30-cu dəqiqədə hesabı açdı. Rəqib müdafiəçilərdən topu "oğurlayan" Viktor Mendi Kamran Ağayevi də arxada qoyaraq komandasını irəli çıxardı - 1:0.
İkinci hissəyə "Qəbələ" hücumlarla start verdi. Cinahlardan Rəşad Abdullayev və Assisin keçidləri ardıcıl olaraq "Bakı"nın qapısı önündə bir neçə qol epizodunun yaranması ilə nəticələndi. Lakin son vuruşların qeyri-dəqiqliyi hesabın dəyişməsinə imkan vermədi. Matçın son dəqiqələrində müdafiəyə diqqət ayıran meydan sahibləri qonaqların ardıcıl hücumlarını dəf etməli oldu. Lakin matçın hakimi Anar Salmanovun 90+3-cü dəqiqədə "Qəbələ"nin qapısına təyin etdiyi şübhəli penalti "qırmızı-qaralar"ın səylərini puç etdi. Topa yaxınlaşan Rauf Əliyev hesabı bərabərləşdirdi və matçın nəticəsini müəyyənləşdirdi - 1:1.
Beləliklə, "Qəbələ" ardıcıl olaraq ikinci həftə oyunun son dəqiqəsində qapısında qol görməklə qələbəni əldən verdi.


 
“Qəbələ”

25. Dieqo Kosta Silva
6. Nikola Valentiç
9. Viktor Mendi
(20. Rəşid Əmiraslanov, dəq.87)
10. Luis Paulo Hilario
18. Aleksandr Çertaqanov
21. Elmar Baxşiyev
22. Rodriges Assis
(19. Rövşən Əmiraslanov, dəq.65)
23. Şəhriyar Xəlilov
(28. Müşviq Teymurov, dəq.72)
27. Rəşad Abdullayev (k)
34. Ürfan Abbasov
84. Dejan Kelhar

Ehtiyat oyunçular

30. Anar Nəzirov
7. Yaşar Abuzərov
11. Yannik Kamanan
35. Tərzin Cahangirov

Məşqçi: Luis Antonio Araqon

“Bakı”

1. Kamran Ağayev
2. Edemir Rodriqez 
5. Aqil Nəbiyev
(11. Elvin Məmmədov, dəq.46)
25. Şəhriyar Əliyev
27. George Popxadze
10. Lukas Mario Horvat
8. Junior Vilson
(6. İbrahim Karqo, dəq.28)
88. Cavid Hüseynov
22. Risto Ristoviç
(24. Marius Pena, dəq.68)
77. Aleksandr Soliç (k)
23. Rauf Əliyev

Ehtiyat oyunçular

82. Edin Nuredinoski
7. Devidas Çesnauskis
99. Rəhman Hacıyev
14. Elvin Əliyev

Baş məşqçi: Bojidar Bandoviç