“Hədəfimiz 3 xaldır”
Xəbərlər / 5 Fevral 2012 | 20:00337
“Hədəfimiz 3 xaldır”

"Qəbələ" doğma məkanda "Kəpəz" matçı hazırlıqlarını davam etdirir. Komandanın baş məşqçisi Fatih Kavlak “Qəbələ”dəki son durum və Antalya toplanışının yekunları barədə gabalafc.az-a açıqlamalasında ilin ilk rəsmi matçında hədəfin yalnız 3 xal olduğunu bildirdi:

“Toplanışımız çox yararlı keçdi. İstədiklərimizi ala bildik. Fiziki və taktiki planda komandanı istədiyimiz həddə çatdırdıq. Yeni transferlər də heyətə tam uyğunlaşdılar. Antalyada keçirdiyimiz son oyunlarda “Qəbələ”nin start 11-liyini demək olar ki, müəyyənləşdirdik. Qarşıdakı günlərdə futbolçuların durumuna görə start heyəti dəqiqləşdirəcəyik. Bizi qarşıda çətin oyunlar gözləyir. Hazırda isə fikrimizi “Kəpəz” matçına yönəltmişik. Tək hədəfimiz 3 xal qazanmaqdır”.