Hüseynov 52-yə, Qurbanov 18-ə çatdı
Xəbərlər / 5 Oktyabr 2017 | 23:17371
Hüseynov 52-yə, Qurbanov 18-ə çatdı

DÇ-2018-in seçmə mərhələsinin IX turuna start verilib. Azərbaycan milli komandası son ev oyununda Çexiya ilə qarşılaşıb. Yığmamızın 1:2 hesablı ilə uduzduğu qarşılaşmada “Qəbələ”nin iki futbolçusu iştirak edib. Cavid Hüseynov və Ruslan Qurbanov start heyətində meydana çıxıb. Onların hər ikisi matçın gedişində əvəzlənib. Hüseynov 79, Qurbanov 62 dəqiqə meydanda olub. Ruslan komandamızın vurduğu qolda penalti qazanmaqla pay sahibi olub.

Xatırladaq ki, bu matç Hüseynovun yığmada 52-ci, Qurbanovun 18-ci oyunudur.