Hüseynov oynadı, millimiz böyük hesabla qalib gəldi
Xəbərlər / 4 Sentyabr 2017 | 22:3590
Hüseynov oynadı, millimiz böyük hesabla qalib gəldi

Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirib. San-Marino ilə Bakıda keçirilən qarşılaşmada “Qəbələ”nin futbolçusu Cavid Hüseynov da iştirak edib. Yarımmüdafiəçimizin start heyətində meydana çıxdığı qarşılaşmada yığmamız 5:1 hesabı ilə qalib gəlib. Qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənən Cavid millidə 51-ci oyununu keçirib. Onun hesabında 2 qol var.
Xatırladaq ki, seçmə mərhələdə 10 xal toplamaqla öz rekordunu müəyyənləşdirən millimiz tarixinin ən böyükhesablı qələbəsini də təkrarlayıb.