I QƏBƏLƏ KUBOKU - 2012
Xəbərlər / 4 May 2012 | 10:10288
I QƏBƏLƏ KUBOKU - 2012

Uşaq futbolunun inkişafını daim diqqət mərkəzində saxlayan, bu istiqamətdə böyük proyektlər həyata keçirən “Qəbələ” Futbol Klubu daha bir möhtəşəm layihənin reallaşdırılmasına hazırlaşır. Azərbaycan futbolunun dünyada tanıdılması və Avropa futboluna inteqrasiyanı prioritet hesab edən klub 30 may – 04 iyun tarixlərində Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnir təşkil edəcək. Avropanın öndə gedən klublarının – “Vilyareal”, “Levante” (hər ikisi İspaniya), “Galatasaray” (Türkiyə), “Feyenord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya Yığma Komandasının iştirakı ilə baş tutacaq I QƏBƏLƏ KUBOKU turnirində Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunacaq. Komandalar ilkin mərhələdə 2 qrupda mübarizə aparacaqlar.