Azərbaycan Premyer Liqasının X turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. “Qırmızı-qaralar” seneqallı futbolçu İbrahima Niasseni heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, 2013/14 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. Seneqallı legioner bunadək İsveçrədə “Ksamaks” (2008-11), Azərbaycanda “İnter”in (2012-14) şərəfini qoruyub. “Qəbələ”dən ayrıldıqdan sonra Niasse Rusiyada "Mordoviya" (2014-15), Rumıniyada “Konkordiya” (2016), Hindistanda “Odişa” (2016), Yunanıstanda “Levadiakos” (2017-18), Mərakeşdə “Raca Kasablanka” (2018) klublarının formasını geyinib. Xatırladaq ki, İbrahima “Qəbələ”də 35 oyun keçirib, 1 qol vurub. O, çempionatda 29 (1 qol), kubokda 6 matçda iştirak edib.