İki fərqli hissə, gənclərin debütü, şanssız «Qəbələ»
Oyun icmalı / 28 Aprel 2013 | 13:27405
İki fərqli hissə, gənclərin debütü, şanssız «Qəbələ»

“Qəbələ” – “Qarabağ” 0:2 

28 aprel 2013. Saat 16:00. Qəbələ şəhər stadionu. 1000 tamaşaçı
Baş hakim:  Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Munis Abdullayev 
Dördüncü hakim: Feyzulla Feyzullayev 
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Rəşad Abdullayev, 49 
Qollar: Reynaldo Silva, 69; 77 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

 

“Qəbələ”

30. Anar Nəzirov 
6. Nikola Valentiç
(23. Şəhriyar Xəlilov, dəq.76)
10. Luis Paulo Hilario 
15. Omar Kalabane
21. Elmar Baxşıyev
22. Rodriges Assis  
(11. Yannik Kamanan, dəq.70)
27. Rəşad Abdullayev (k)
34. Ürfan Abbasov
35. Tərzin Cahangirov
37. Kamal Mirzəyev
(5. Luka Zinko, dəq.61)
39. Sadiq Quliyev

Ehtiyat oyunçular:

1. Elnar Kərimov
8. Kristian Pulhak 
48. Əziz Hüseynov
99. Amil Yunanov

Məşqçi: Luis Antoni Araqon

“Qarabağ”

89. Miro Varvodiç
2. Qara Qarayev
5. Maksim Medvedev
14. Rəşad Sadıqov (k)
15. Emeka Opara 
(11. Branimir Subaşiç, dəq.67)
17. Vüqar Nadirov 
18. İlqar Qurbanov
20. Riçard Almeida 
(7. Namiq Yusifov, dəq.75)
21. Reynaldo Silva
55. Bədavi Hüseynov 
88. Kristian Torres
(70. Vaqif Cavadov, dəq.63)

Ehtiyat oyunçular

1. Fərhad Vəliyev
6. Hacı Əhmədov
10. Muarem Muarem 
44. Eltun Yaqublu

Baş məşqçi: Qurban Qurbanov
 
Qurban Qurbanov: “Ağır oyun oldu, vacib qələbə qazandıq. Komanda sona kimi mübarizə apardı. Rəqib yaxşı oyun göstərdi, komandada irəliləyiş var. Xüsusən rəqibin gənclərə yer verməsi təqdirəlayiqdir. Fikrimcə gənclər özlərini yaxşı tərəfdən göstərə bildi”.

Luis Araqon: “Rəqibi qələbə ilə təbrik edirəm. İki fərqli hissə izlədik. İlk hissədə yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. “Qarabağ”ın ikinci qolundan sonra isə futbolçular ruhdan düşdü. Bizim üçün vacib oyun idi, təəssüf ki, qələbə qazana bilmədik. Gənclərə şans verdik. Bu bizim üçün çox vacib haldır”.