İki karateçimiz Avropa çempionu oldu
Karate / 21 Mart 2015 | 20:59603
İki karateçimiz Avropa çempionu oldu

Türkiyənin İstanbul şəhərində keçirilən karate üzrə 50-ci Avropa çempionatında fərdi yarışlara yekun vurulub. 47 ölkədən 433 idmançının qatıldığı turnirdə Azərbaycan milli komandası da mübarizə aparıb. Yarışda uğurla çıxış edən təmsilçilərimiz Türkiyədə 3 medal qazanıb. Kişilər arasında beş çəki dərəcəsindən üçünün finalında tatamiyə çıxan idmançılarımızdan ikisi qızıl, biri gümüş mükafata sahib çıxıb. Yığmamıza hər iki qızıl mükafatı “Qəbələ” İdman Klubunun üzvləri qazandırıb.
Belə ki, Avropa çempionatına yollanan təmsilçilərimizdən Rafael Ağayev 75 kq, Niyazi Əliyev 67 kq çəki dərəcəsində hamıdan güclü olub. Bununla da Ağayev 12-ci, Əliyev isə 2-ci dəfə Avropa çempionu tituluna yiyələnib.
Qeyd edək Ki, Ağayev bu gün başa çatacaq komanda yarışlarında daha bir medal qazana bilər. Onun heyətində yer aldığı yığmamız 3-cü yer uğrunda Almaniya ilə mübarizə aparacaq.