«İlk hissədə hücumda çox yaxşı oynadıq»
Xəbərlər / 24 Sentyabr 2017 | 21:25393
«İlk hissədə hücumda çox yaxşı oynadıq»

Topaz Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Təcrübə göstərir ki, hesabda irəlidə olan komanda ya hesabı qorumağa, ya da risk etməmək üçün oyunun kəsərinin artmamasına çalışır. Amma bu düzgün deyil. Yüksək nəticələr üçün mübarizə aparan komandada dayanmaq istəyi olmamalıdır. Çünki 2:0 hesabı olanda rəqib üçün də çətinlik yaranır. İlk hissədə hücumda çox yaxşı oynadıq. Amma müdafiədə də səhvlər etdik. Bu da ikinci hissədə müəyyən qədər ehtiyatlı oynamaqla nəticələnir. Amma ikinci hissədə də pis oynamadıq. Fasilədən sonra da qol imkanlarımız oldu. Ötən tur meydana sonradan daxil olan Asif Məmmədovun belə erkən qol vuracağına inanmırdım. Amma həmin anda futbolçu bütün detalları ölçüb-biçmişdi. Bu gün isə iki elə vəziyyət oldu ki, hər şeyi nəzərə almamağımız üçün qol vura bilmədik. Görüşdən sonra baş verən xoşagəlməz hadisə haqda heç nə deyə bilmərəm. Məsələni araşdırandan sonra qərar verəcəyik. Komandaya yeni qoşulan Ekiqo Ehiosunu tanıyırıq, potensialına bələdik. Ona ümidimiz böyükdür. Lakin müəyyən vaxt lazımdır. Prinsipcə, futbolçunun əvəzlənməsindən narazı qalması normaldır. Meydandan çıxmaq istəməməsi mənim də xoşuma gəlir. Amma bunu Endi Hallideyin əvəzlənməsinə şamil etmək olmaz”.