İlk tur, 41-ci duel
Xəbərlər / 11 Avqust 2017 | 20:57275
İlk tur, 41-ci duel

Topaz Premyer Liqasında 2017/18 mövsümünə start verilir. Avqustun 11-də başlayacaq ilk turun görüşləri üç gün davam edəcək. “Qəbələ” turun ikinci günündə meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “İnter”lə qarşılaşacaq. Ötən mövsümün gümüş mükafatçısı olan komandamız bürünc medalın sahibini sınağa çəkəcək. Bu, rəqiblərin tarix ərzində 41-ci rəsmi dueli olacaq.

 

İlk dəfə 11 il əvvəl qarşılaşan komandalar indiyədək 40 dəfə üz-üzə gəlib. Hesabında 12 qələbə olan “Qəbələ” 13 dəfə bərabərliklə kifayətlənib. 15 matçda isə Bakı təmsilçisi qalib gəlib. Top fərqində də paytaxt təmsilçisi öndədir – 54:40.

 

Keçirilən 40 qarşılaşmadan 36-sı çempionata, 4-ü kuboka təsadüf edib. Premyer Liqa oyunlarında 9 dəfə qələbə qazanan “qırmızı-qaralar” səfər matçına yubiley uğuru üçün çıxacaq. Komandamız 13 heç-heçə etdiyi rəqibi ilə görüşlərin 14-dən xalsız ayrılıb. Çempionatda rəqib qapısından 33 top keçirən “Qəbələ” 48 qol buraxıb.

 

“İnter”in qonağı olacaq “Qəbələ” 20 dəfə səfərdə indiki rəqibi ilə qarşılaşıb. Bu matçların 10-da meydan sahibləri qalib gəlibsə, 5 bərabərlik qeydə alınıb. “Qırmızı-qaralar” rəqib meydanında 5 dəfə qələbə əldə edib. Bakılılar 34, qəbələlilər 19 dəfə qol sevinci yaşayıb.

 

“Qəbələ” – “İnter” qarşılaşmalarında vurulan 94 qolun müəlliflərinə nəzər salsaq, Daniel Subotiç hamıdan çox – 5 dəfə fərqlənib. Komandamızın sabiq hücumçusu bu qollardan 4-nü 2017-ci ildə rəqib qapısından keçirib. “İnter”in futbolçularından Robertas Poşkus, Valter Quqlemon, Petar Zlatinov və Mikel Alvaro hərəyə 4 qol vurub.

 

Ötən mövsüm baş tutan 6 matçda – 4 çempionat və 2 kubok görüşündə rəqibinə uduzmayan “Qəbələ” ümumilikdə 9 oyundur “İnter”ə məğlub olmur. Bu müddətdə 5 qələbə və 4 heç-heçəsi olan “qırmızı-qaralar” 2017-ci ilə təsadüf edən son 4 görüşdə qalib gəlib.

 

Xatırladaq ki, “İnter Arena”da keçiriləcək “İnter” – “Qəbələ” qarşılaşması saat 20:00-da başlayacaq.

 

2006/07 mövsümü

 

05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0

 

12.02.2007. Premyer Liqa. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0

Daniel Axtyamov, 57, 61

 

2007/08 mövsümü

 

02.12.2007. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

Vitali Balamestnı, 10, 47 – Nizami Hacıyev, 65

 

28.05.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

Roman Qoela, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 75

 

2008/09 mövsümü

 

30.08.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

Valter Quqlemon, 85 - Tyaqu da Silva, 23

 

07.03.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

Valter Quqlemon, 32

 

29.04.2009. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 5:0

Valter Quqlemon, 5, 12 - pen., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76

 

06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0

Kənan Kərimov, 40, Azər Bağırov, 87

 

2009/10 mövsümü

 

26.09.2009. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 3:2

Vladimir Levin, 68, Da Silva Rocha Leonardo, 88, Girts Karlsons, 90 - İqor Melnik, 36, Kristian Torres, 69

 

24.12.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

Petar Zlatinov, 87

 

10.04.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Kənan Kərimov, 90 (p.) - Robertas Poşkus, 61 (p.)

 

15.05.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:1

Petar Zlatinov, 16 (p.), Robertas Poşkus, 40, 47, 67 - Tomaş Stolpa, 90+1

 

2010/11 mövsümü

 

19.09.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

Rövşən Əmiraslanov, 35

 

13.11.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

 

2011/12 mövsümü

 

23.10.2011. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

Danildo Assioli, 20 (p.) - Deon Barton, 58 (p.)

 

11.12.2011. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

 

24.03.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

Yannik Kamanan, 60, Deon Burton, 83 - Nizami Hacıyev, 76

 

22.04.2012. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

Nizami Hacıyev, 25,  İbrahima Niasse, 31 - Luiz Paulo Hillario, 8

 

2012/13 mövsümü

 

10.08.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:0

Leurival Rodrigez, 14

 

17.02.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

Arif Daşdəmirov, 7, Samir Zərgərov, 73 - Yannik Kamanan, 23

 

13.03.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:2

Viktor Mendi, 62 - Asif Məmmədov, 26, Yuri Fomenko, 29

 

19.05.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:0

Ramil Mansurov, 87

 

2013/14 mövsümü

 

11.08.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 3:2

Leonardo da Silva, 54-p., Vladimir Levin, 70, İbrahima Niasse, 83 - Slavço Georgiyevski, 20, Vaqif Cavadov, 90

 

19.10.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

Daniel Subotiç, 45+1

 

23.03.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:4

Viktor Mendi, 89 - Baçana Sxadadze, 14, Mikel Alvaro, 46, 54, Matija Spiçiç 57

 

12.05.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

 

2014/15 mövsümü

 

10.08.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

Aleksandr Amisulaşvili, 9, Mikel Alvaro, 15, 71, Məhəmməd Mirzəbəyov, 19 

 

21.12.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67

 

18.03.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:2

Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 40, Ruslan Abışov, 90+1

 

16.05.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Aleksey Qay, 5 - Asif Məmmədov, 27

 

2015/16 mövsümü

 

12.09.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

Dieqo Martins, 10, 29 -  Aleksey Antonov, 84

 

09.11.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Aleksey Antonov, 30 -  Dieqo Martins, 35

 

07.02.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

Ermin Zets, 18

 

03.04.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

 

2016/17 mövsümü

 

12.08.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

 

15.10.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

Ağabala Ramazanov, 48 // Sergey Zenyov, 69

 

04.03.2017. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:2

Tellur Mütəllimov, 71; Daniel Subotiç, 82

 

30.03.2017. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 1:3

Adrian Skarlatake, 18 // Daniel Subotiç, 14 (p.), 47; Filip Ozobiç,88 (p.)

 

05.04.2017. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0

Daniel Subotiç, 12; Baqali Dabo, 33 

 

24.04.2017. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 4:3

Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake, 33 (ö.q); Tellur Mütəllimov, 90+1 // Rauf Əliyev, 3, 78 Elnur Abdullayev, 72