“İnter”lə 17-ci duel
Xəbərlər / 23 Mart 2012 | 16:02500
“İnter”lə 17-ci duel

Unibank Premyer Liqasının XXV turunda “İnter”lə qarşılaşacaq “Qəbələ” tarixində 17-ci dəfə bu rəqiblə münasibətlərini aydınlaşdıracaq. İndiyədək 14 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gələn rəqiblərin duellərində hələlik üstünlük paytaxt təmsilçisinin tərəfindədir. Bakılılar 8 dəfə qalib gəlibsə, Qəbələ təmsilçisi 2 dəfə sevinən tərəf olub. Komandalar 6 dəfə meydanı “sülh”lə tərk edib. Bu qarşılaşmalardakı top fərqi də “İnter”in tərəfindədir – 25:10.

Tərəflərin 1 dəfə kubokda üz-üzə gəlib 2 oyunda münasibətlərini ayırd etdiyini nəzərə alsaq 16 matçdan 14-ü çempionat çərçivəsində olub. Bu görüşlərdə “Qəbələ” 1, “İnter” isə 7 qələbə qazanıb və 6 dəfə bərabərlik qeydə alınıb. Çempionatda rəqib qapısına 20 top vuran bakılılar 8 dəfə qapısında qol görüb.

“Qəbələ”nin ev sahibi olduğu 8 matçda isə meydan sahibləri 2, qonaqlar isə 3 dəfə üstün olublar. Daha 3 dəfə isə qalib müəyyənləşməyib. Bu oyunlardakı top fərqində bərabərlik hökm sürür – 5:5.

2006/07 05.08.2006 Premyer Liqa Gilan (Qəbələ) - İnter (Bakı) 0:0
2006/07 12.02.2007 Premyer Liqa İnter (Bakı) - Gilan (Qəbələ) 2:0
2007/08 02.12.2007 Premyer Liqa Qəbələ - İnter (Bakı) 2:1
2007/08 28.05.2008 Premyer Liqa İnter (Bakı) - Qəbələ 4:0
2008/09 30.08.2008 Premyer Liqa İnter (Bakı) - Qəbələ 1:1
2008/09 07.03.2009 Premyer Liqa Qəbələ - İnter (Bakı) 0:1
2008/09 29.04.2009 Azərbaycan kuboku, 1/2 final İnter (Bakı) - Qəbələ 5:0
2008/09 06.05.2009 Azərbaycan kuboku, 1/2 final Qəbələ - İnter (Bakı) 2:0
2009/10 26.09.2009 Premyer Liqa İnter (Bakı) - Qəbələ 3:2
2009/10 24.12.2009 Premyer Liqa Qəbələ - İnter (Bakı) 0:1
2009/10 10.04.2010 Premyer Liqa Qəbələ - İnter (Bakı) 1:1
2009/10 15.05.2010 Premyer Liqa İnter (Bakı) - Qəbələ 4:1
2010/11 19.09.2010 Premyer Liqa Qəbələ - İnter (Bakı) 0:1
2010/11 13.11.2010 Premyer Liqa İnter (Bakı) - Qəbələ 0:0
2011/12 23.10.2011 Premyer Liqa İnter (Bakı) - Qəbələ 1:1
2011/12 11.12.2011 Premyer Liqa Qəbələ - İnter (Bakı) 0:0